21.09.2021 [14:31] - Gündəm, Sağlıq
Valideynlər uşaqlar üçün burun spreyi və məhlulları seçərkən diqqətli olmalıdırlar. Tərkibində selikli qişanı qurudan maddələr olan burun damcılarını istifadə edərkən mütləq həkim-mütəxəssislərlə məsləhətləşmək lazımdır. Bəzi dərman preparatlarının tərkibindəki maddələr damarları daraldaraq seliyin az yaranmasına səbəb olur. Damar daraldıqda isə selikli qişada qan dövranı pozulur. Bu, selikli qişanın məhv olmasına səbəb olur. Nəzərə almaq lazımdır ki, selikli qişa burnun bəbəyidir, yəni, selikli qişası atrofiyalaşmış burun süni göz kimidir, sadəcə hava keçən bir tuneldir. Burunun funksiyasının pozulmaması üçün selikli qişa həmişə nəm olmalıdır. Selikli qişanın atrofiyalaşması, quru burunun və atrofik rinitin yaranması riskli
Bu barədə həkim-pediatr Aytən İsmayılzadə məlumat verib.
Həkim-mütəxəssis qeyd edib ki, burunun selikli qişasında ifraz olunan İmunoqlobulin A buruna düşən virus və bakteriyalardan müdafiə üçün lazımdır: “Bəzi valideynlər hesab edirlər ki, uşaq virusa yoluxarkən onun burnunu dəniz suyu ilə tez-tez yumaq virusun təmizlənməsi üçün çox faydalıdır. Bu fikirlə müəyyən qədər razı deyiləm, çünki istifadə edilən mayenin həmin virusu daha aşağı şöbəyə daşıdığını, yoxsa doğrudan da, orqanizmdən çıxardığını dəqiq demək olmaz. Burunu yuyarkən mikroblar orta qulağa keçib orta otitə səbəb ola bilər. Ona görə, adi su ilə belə düzgün davranmaq lazımdır. Belə dəniz suyu məhlullarını gündə 2-3 dəfədən çox istifadə etmək məsləhət deyil. Məhlullar heç də həmişə burun axmasını dayandırmır, proses davam edir. Sadəcə olaraq, burundakı selik udlaqdan geriyə axdığı üçün burun axıntısının dayandığı düşünülür. Burun damcıları seliyi təmizləməklə yanaşı selikli qişaya zərər vurmamalı, bakteriya və virusları öldürməli, hava keçiriciliyini yaxşılaşdırmalıdır. Təəssüf ki, məhlul istifadəsi zamanı gözlənilən nəticələrin hər birinə çatmaq mümkün deyil”.
A.İsmayılzadənin dediyinə görə, dəniz suyu məhlulları duzlu olduqları üçün selikli qişanın iltihabını azalda və mikrobları zəiflədə bilər: “Deməli, burun damcılarından profilaktik deyil, müalicə məqsədilə istifadə edilməlidir. Dəniz suyunun mütəmadi istifadəsi selikli qişanı quruda, burunda əlavə qıcıq yarada bilər. Ona görə də burunun nəmləndirilməsi üçün sadəcə 0.9 faizli fizioloji məhlullardan istifadə etməyi məsləhət görürəm. Fizioloji məhlulun dəniz suyundan fərqi odur ki, tərkibi bədən osmolyarlığına bərabərdir. Ona görə də selikli qişanı qurutmur, nəmliyi qoruyub saxlayır”.

Bu xəbər oxucular tərəfindən 1392 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |