Şrift:
ATƏT-in tədbirinin seçilən qalibi MDHP-nin ən gənc nümayəndəsi Coşqun Dadaşov oldu.
17.12.2012 [22:45] - Gündəm, Gənclik, Siyasi partiyalar
Bugün Milli Dirçəliş Hərəkatı Partiyasının Gənclər təşkilatının üzvü Leyla Cahangirova və Coşqun Dadaşov ATƏT-in Novxanıda keçirilən təlimində ikinci gündür ki, iştirak edirlər. Təlim sessiyanın bugünkü mövzusu-hədəfin müəyyən edilməsi, sosial media alətləri- olub. Partiyanın gəncləri bu mövzuda öz fikirlərini bildiriblər.
Verilən fasilədən sonra tədbirin iştirakçılarına sürpriz tapşırıq verilmişdir. MDHP gəncləri ayrı-ayrı qruplarda çox fəal iştirak etmişlər. Qeyd edək ki, tapşırıq "hədəf və hədəfə uyğun kommunikasiya vasitələrinin seçilməsi" olub. Leyla Cahangirova bu mövzuda öz çıxışını çox uğurla təqdim edib. Çıxış həm iştirakçılar, həm də ATƏT-in nümayəndəsi tərəfindən yaxşı qarşılanıb. Onu da qeyd edək ki, MDHP-nin iştirakçısı Leyla Cahangirovanın daxil olduğu qrupa AXCP, AVP, Ədalət və DİP partiyalarının iştirakçıları da daxil idi.
Digər qrupa daxil olan partiyamızın iştirakçısı Coşqun Dadaşov tapşırıqda daxil olduğu qrupun seçkilərə namizədi kimi öz çıxışını təqdim edib. Təşkil edilən bu bölümdə verilən tapşırığın qalibi MDHP-nin ən gənc nümayəndəsi Coşqun Dadaşov olub.

ATƏT-in tədbirinin seçilən qalibi MDHP-nin ən gənc nümayəndəsi Coşqun Dadaşov oldu.

ATƏT-in tədbirinin seçilən qalibi MDHP-nin ən gənc nümayəndəsi Coşqun Dadaşov oldu.

ATƏT-in tədbirinin seçilən qalibi MDHP-nin ən gənc nümayəndəsi Coşqun Dadaşov oldu.

ATƏT-in tədbirinin seçilən qalibi MDHP-nin ən gənc nümayəndəsi Coşqun Dadaşov oldu.

ATƏT-in tədbirinin seçilən qalibi MDHP-nin ən gənc nümayəndəsi Coşqun Dadaşov oldu.
Bu xəbər oxucular tərəfindən 3162 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed