Şrift:
Türkiyə Superliqası: “Qalatasaray” doğma meydanda “Göztəpə”ni məğlub edib
27.09.2021 [08:40] - Gündəm, İdman
Sentyabrın 26-da futbol üzrə Türkiyə çempionatının VII turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” doğma meydanda “Göztəpə”ni qəbul edib.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesabı 43-cü dəqiqədə qonaqların hücumçusu Çerif Ndiaye açıb. Oyunun 49-cu dəqiqəsində meydan sahibilərinin hücumçusu Halil Dərvişoğlu hesaba tarazlıq gətirib. Cəmi yeddi dəqiqə sonra İstanbul klubunun yarımmüdafiəçisi Olimpiu Morutan komandasının qələbə topunu vurub.

Beləliklə, “Qalatasaray” doğma meydanda “Göztəpə”ni 2:1 hesabı ilə məğlub edib.

Günün digər matçında isə “Fənərbağça” səfərdə “Hatayspor”u 2:1 hesabı ilə üstələyib. “Başakşəhər” isə doğma divarlar arasında “Rizəspor”un qapısından üç cavabsız top keçirib. “Girəsunspor” – “Kayserispor” matçında isə qalib müəyyənləşməyib – 1:1.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 16 xalla "Fənərbağça" başçılıq edir. Ondan bir xal geri qalan "Altay" ikinci, "Beşiktaş" isə 14 xalla üçüncü pillədə qərarlaşıb.

Turun növbəti oyunları sentyabrın 27-də keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 788 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed