Şrift:
Ekspert: Regional təhlükəsizliyin təmin edilməsində ümumi yanaşmalarımız var
29.09.2021 [09:57] - Gündəm, İqtisadiyyat
İkinci Qarabağ müharibəsinin nəticələri Azərbaycan, İran və Rusiya arasında əməkdaşlıq üçün yeni imkanlar açır. Azərbaycan mühüm tranzit əlaqələndirici halqadır.

Bunu Rusiya Elmlər Akademiyasının Y.M.Primakov adına Dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər üzrə Elmi-Tədqiqat İnstitutunun Postsovet Tədqiqatları Mərkəzinin baş elmi işçisi Stanislav Pritçin Xəzər bölgəsində Azərbaycan, Rusiya və İran arasında əməkdaşlığa həsr olunan dəyirmi masa zamanı bildirib.

Ekspert qeyd edib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərin inkişafına, infrastruktur layihələrinə ciddi resurslardan istifadə edir. Bu, bölgəyə sərmayə qoyulması üçün yaxşı perspektivlər yaradır.

“Nəqliyyat, enerji infrastrukturu yaradılıb və yaşıl generasiya, kənd təsərrüfatının inkişafı, təbii sərvətlərin hasilatı üçün imkanlar var, o cümlədən üçtərəfli əməkdaşlıq çərçivəsində də həyata keçirilə biləcək bütöv kompleks layihələr var. Düşünürəm ki, bütün tərəflər, ilk növbədə Azərbaycan, bu ərazilərdə iqtisadi artım, Birinci Qarabağ müharibəsinin nəticələrinə görə bu torpaqları tərk etmək məcburiyyətində qalan məcburi köçkünlər üçün şəraitin yaradılmasında maraqlıdırlar”, - deyə agentliyin həmsöhbəti bildirib.

S.Pritçinin qeyd etdiyi kimi, Xəzər dənizi Azərbaycan, Rusiya və İran arasında birləşdirici halqa olaraq qalır. “Xüsusilə Əfqanıstandakı vəziyyət kontekstində regional təhlükəsizliyin təmin edilməsində ortaq yanaşmalarımız, ümumi maraqlarımız var”, - deyə ekspert vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 775 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed