Şrift:
İsmayıllı rayonunda kartof yığımı başa çatıb
01.10.2021 [10:56] - Gündəm, İqtisadiyyat
İsmayıllı rayonunda kartof yığımı başa çatıb. Fermerlər və fiziki şəxslər sahələrdən 14 min 611 ton məhsul götürüblər ki, bu da əvvəlki ildəkindən 129 ton çoxdur.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumatda bildirilir ki, cari ildə 976 hektar sahədə kartof əkilib. Əkin sahələri ötən ildəkindən 6 hektar çox olub. 315 hektar sahədə əkin sənaye üsulu ilə aparılıb. Fermerlər belə sahələrin hər hektarından 350-400 sentner məhsul götürüblər. May ayından cənub ərazilərdən başlayaraq yığılan məhsulun bir hissəsi yerli bazarlara çıxarılır.

Kartofçuluq İsmayıllıda ənənəvi təsərrüfat sahəsi hesab edilir. Artıq son illərdə bir sıra ərazilərdə sahələrin intensiv texnologiya ilə əkilib-becərilməsinə diqqət artıb. Belə sahələrdən yüksək məhsuldarlıq əldə olunur.
Bu xəbər oxucular tərəfindən 828 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed