Şrift:
Serbiya - Azərbaycan oyununun ilk hissəsində 1:1 hesabı qeydə alınıb
13.10.2021 [09:41] - Gündəm, İdman
Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Belqraddakı Rayko Mitiç stadionunda keçirilən Serbiya - Azərbaycan oyununun ilk hissəsi başa çatıb.

Belçikadan olan hakimlər briqadası idarə etdiyi oyunda hesabı meydan sahibləri açıblar. Matçın 30-cu dəqiqəsində Duşan Vlahoviç penaltidən fərqlənib. İlk hissəsinin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Emin Mahmudov tarazlığı bərap edib.

Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.

Bu komandaların Bakıdakı oyununda Serbiya 2:1 hesabı ilə qalib gəlib. Hazırda 1 xalı olan Azərbaycan millisi qrupda sonuncu – beşinci pillədə qərarlaşıb. Serbiya isə 14 xalla hələlik qrup lideridir.
Bu xəbər oxucular tərəfindən 631 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed