13.10.2021 [09:44] - Xəbərlər, Siyasət
Oktyabrın 12-də Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı yüksək səviyyəli görüş çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Somali Federal Respublikasının ticarət və sənaye naziri Xalif Abdi Omar ilə görüşüb.
XİN-nin Mətbuat xidməti idarəsindən bildirilib ki, nazirlər, ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, o cümlədən siyasi dialoqun uğurla davam etdirilməsi, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.
Somali naziri Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və ölkə rəhbəri tərəfindən QH sədri qismində pandemiyaya qarşı mübarizədə irəli sürülmüş qlobal əhəmiyyətli təşəbbüslərin təqdirəlayiq olduğunu qeyd edib. Bu xüsusda, ölkəmizin pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edildiyi və bunun yarısının Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulduğu qeyd edilib.
Görüşdə qarşı tərəf, o cümlədən Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə həyata keçirilən COVID-19 pandemiyası ilə mübarizəyə həsr olunan Baş Assambleyanın xüsusi sessiyasının əhəmiyyətini vurğulayıb.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bu xəbər oxucular tərəfindən 318 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |