Şrift:
Professor Tinatin Kldiaşvili: Azərbaycan xalçaları unikal sənət əsəridir
13.10.2021 [10:08] - Gündəm, Mədəniyyət
Azərbaycan xalçalarını unikal sənət əsəridir. Dəfələrlə Azərbaycanda olmuşam və unikal xalçalara baxanda böyük zövq almışam. Xalça Azərbaycan milli mədəniyyətində layiqli yer tutur.

Bu sözləri jurnalistlərə açıqlamasında Tbilisi Dövlət İncəsənət Akademiyasının dekanı, professor Tinatin Kldiaşvili söyləyib. O deyib ki, UNESCO-nun “Kreativ sənayelərin inkişafı” layihəsi Gürcüstanın müxtəlif regionlarını əhatə edir.

“Bizim üçün azərbaycanlıların əsrlər boyu yaratdığı mədəniyyət nümunələri böyük əhəmiyyət kəsb edir. İnanırıq ki, layihə gürcü və Azərbaycan xalqları arasında mədəni əlaqələrin daha da güclənməsinə öz töhfəsini verəcək”, – deyə T.Kldiaşvili vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 695 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed