Şrift:
Dünyada ötən sutka ərzində koronavirusa yoluxanların sayı 442 mindən çox olub
15.10.2021 [09:59] - Gündəm, Sağlıq
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 442 mindən çox

Pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 442 min 3 nəfər yeni koronavirusa yoluxub, 7 min 421 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 240 milyon 356 min 629, ölənlər isə 4 milyon 896 min 745 nəfərə çatıb.

Ötən sutka ərzində virusa həm ən çox yoluxma halı (89 min 680 nəfər), həm də bu xəstəlikdən ölüm faktı (1654 nəfər) ABŞ-da qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (45,6 milyon), Hindistan (34 milyon), Braziliya (21,6 milyon), Böyük Britaniya (8,3 milyon), Rusiya (7,8 milyon), Türkiyə (7,5 milyon) və Fransada (7 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.
Bu xəbər oxucular tərəfindən 938 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed