15.10.2021 [10:10] - Gündəm, Sağlıq
Estoniyada COVID pasportunun 13 ölkənin giriş şərtlərinə uyğunluğunu yoxlamaq məqsədilə sayt yaradılıb.
Bu barədə məlumatı Estoniya mətbuatı yayıb.
Estoniyanın Sosial İşlər Nazirliyinin elektron xidmətlər və innovasiya məsələləri üzrə vitse-kansleri Kalle Killar bildirib: “Səfərə yollanmamışdan qabaq mövcud sertifikatın ölkəyə daxil olmaq və ya sərhədi keçmək üçün kifayət etdiyindən əmin olmaq lazımdır və bu halda özünütəcrid rejimində qalmağa ehtiyac duyulmur. COVID pasportunu yoxlamaq məqsədilə yaradılan tətbiq onların digər ölkələrdə müəyyən edilmiş qaydalara uyğunluğunu yoxlamağa imkan verir”.
Kalle Killar tətbiqin hazırlanmasına hazırda Almaniya, İspaniya, Hollandiya, İrlandiya, Litva, Lüksemburq, Polşa, Fransa, Rumıniya, Albaniya, Sloveniya, Ukrayna və İsveçrənin qoşulduğunu bildirib.
O qeyd edib ki, COVID pasportunu yoxlamaq üçün “kontroll.digilugu.ee” saytına daxil olmaq, ölkəni seçmək və kamera vasitəsilə pasportun QR-kodunu göstərmək lazımdır. Bu əməliyyatlardan sonra sistem sertifikatın ölkəyə məhdudiyyətsiz daxil olmaq və karantin rejiminə riayət etməmək baxımından yetərli olub-olmamasını bildirəcək.

Bu xəbər oxucular tərəfindən 1237 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |