Şrift:
Sumqayıt şəhərində yaşayış binasında baş verən yanğın söndürülüb
15.10.2021 [10:12] - Gündəm, Hadisə
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, binanın 5-ci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan mənzilin yanar konstruksiyaları 16 kvadratmetr sahədə yanıb. Yüksək temperatur səbəbindən lambirindən ibarət tavan 7 kvadratmetr sahədə və bir ədəd plastik qapı əriyib.

Yanğın zamanı tüstülənən mənzillərdən 15 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu xəbər oxucular tərəfindən 1414 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed