Şrift:
UNESCO nümayəndələri Həmədanın tarixi abidələrini ziyarət edəcək
19.10.2021 [10:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Oktyabrın 21-də UNESCO-nun mütəxəssis və nümayəndələri Həmədanın tarixi “Tacabad” və “Fərsfəc” karvansaralarından görüş keçirəcəklər.

Həmədan əyalətinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin başçısı Əli Malmır. Mətbuata verdiyi açıqlamada bildirib ki, adı çəkilən abidələr barədə sənədlər ötən il UNESCO-a göndərilib.

“İki həftədir ki, UNESCO nümayəndələri İrana səfər ediblər və ümumdünya mədəni nirs siyahısına salınmmağa namizəd abidələrdən görüş keçirirlər. Onlar oktyabrın 29-da Həmədana səfər edəcək və iki tarixi karvansarayla tanış olmaq üçün Bahar və Toyserkan şəhərlərində olacaqlar”-deyə, Malmir bildirib.

O, adı çəkilən tarixi karvansaraların keçmişi, əhəmiyyəti, memarlığı və başqa bu kimi dəyərlərinə görə ümumdünya mədəni irs siyahısına layıq olduqlarını bildirib.

Qeyd edək ki, bununla yanaşı Şərqi Azərbaycanın dörd, Ərdəbilin isə 1 tarixi karvansarayın sənədləri ümumdünya mədəni irs siyahısına salınmaq üçün UNESCO-a təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 838 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed