Şrift:
Bu gün “Qarabağ” UEFA Konfrans Liqasının qrup mərhələsində üçüncü oyununu keçirəcək
21.10.2021 [09:54] - Gündəm, İdman
Bu gün “Qarabağ” UEFA Konfrans Liqasının qrup mərhələsində üçüncü oyununu keçirəcək.

Qurban Qurbanovun baş məşqçi olduğu komanda H qrupundakı 3-cü sınağında Qazaxıstanın "Kayrat" komandasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq. Oyunu ukraynalı FIFA referisi Yevgeni Aranovski idarə edəcək.

Ağdam təmsilçisinin heyətində 3 futbolçu - Xayme Romero, Bədavi Hüseynov və Elvin Cəfərquliyev zədə səbəbindən görüşü buraxacaqlar. Qonaqlarda isə komandanın bombardiri Artur Şuşenaçev və Kamo Ohanesyan meydana çıxmayacaq. Şuşenaçev zədəyə görə oynamayacaqsa, erməni müdafiəçi öz istəyi ilə Bakıya gətirilməyib.

Hazırda "Qarabağ" 4 xalla H qrupuna liderlik edir. Bir xalı olan "Kayrat" isə 3-cü pillədə qərarlaşıb. Bu qrupun digər oyununda Kiprin "Omoniya" klubu İsveçrədə "Bazel" komandasının qonağı olacaq.
Bu xəbər oxucular tərəfindən 591 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed