Şrift:
Kyodo agentliyi: Yaponiyada hakim koalisiya parlamentdə yerlərin çoxunu saxlayacaq
21.10.2021 [09:57] - Xəbərlər, Sosial
Yaponiyada Liberal Demokratik Partiyanın (LDP) başçılıq etdiyi hakim koalisiya oktyabrın 31-də parlamentin aşağı palatasına keçiriləcək seçkilərdə yerlərin çoxunu saxlaya

Xəbər verir ki, bu barədə Kyodo agentliyi keçirdiyi sosial sorğunun nəticələrinə görə məlumat dərc edib. Bildirilir ki, LDP-nin başçılıq etdiyi blok aşağı palatadakı 465 yerdən ən azı 233-nü qazanacaq. Bununla yanaşı, blokun hazırda malik olduğu 305 yeri saxlaya biləcəyi barədə məlumat verilmir. Həmçinin qeyd edilir ki, bu proqnozu keçirdikləri sorğuların nəticələrini oktyabrın 21-də dərc etmiş digər qəzetlər də təsdiq ediblər.

Bildirilir ki, Kyodo agentliyi tərəfindən sosial sorğu oktyabrın 19-20-də keçirilib və burada bütün ölkə üzrə təqribən 170 min nəfər iştirak edib.

Xatırladaq ki, oktyabrın 19-da Yaponiyada parlamentin aşağı palatasındakı 465 yer uğrunda seçkiöncəsi kampaniyaya start verilib. Bunlarda 289-u birmandatlı seçki dairələrində konkret namizədə, 176-sı isə 11 regionda proporsional qaydada partiyalara səsvermə yolu ilə müəyyən ediləcək. LDP-nin başçılıq etdiyi hakim koalisiya hazırda parlamentin aşağı palatasında 305 yerə, əsas müxalifət partiyası olan Konstitusiyalı Demokratlar isə 112 yerə malikdir. Bununla yanaşı, Kommunist Partiyası 12, Yaponiya Dirçəliş Partiyası 11, Xalq Demokratik Partiyası 10 yer tutur. Digər mandatlar isə ya müxtəlif partiyalar arasında bölünüb, ya da boşdur.

LDP qalib gələcəyi təqdirdə, hökumətin koronavirus pandemiyasının ziyan vurduğu Yaponiya iqtisadiyyatının bərpası ilə bağlı tədbirlərə başlayacağı gözlənilir. Yaponiyanın bu yaxınlarda seçilmiş yeni Baş naziri Fumio Kişida biznesi və aşağı təminatlı ailələri dəstəkləyəcəyini, orta təbəqəyə üstünlük verəcəyini və istehlakı stimullaşdıracağını vəd edib. Yeni Baş nazir, həmçinin ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinin zəruriliyini də qeyd edi
Bu xəbər oxucular tərəfindən 537 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed