Şrift:
Moderna şirkətinin COVID-19 peyvəndi bundan sonra da isveçli gənclərə təklif edilməyəcək
22.10.2021 [10:06] - Gündəm, Sağlıq
Moderna şirkətinin COVID-19 peyvəndi bundan sonra da isveçli gənclərə təklif edilməyəcə

İsveç KİV-lərinə istinadla xəbər verir ki, cari ay bu haqda verilən qərarın qüvvəsi uzadılıb. Bundan sonra da Moderna peyvəndi yalnız yaşlı qruplardan olan insanlara təklif olunmağa davam edəcək, 30 yaşından cavanların virusa qarşı immunlaşdırılması üçün bu peyvənd ümumiyyətlə təklif edilməyəcək.

Oktyabrın 21-də İsveçin ictimai səhiyyə agentliyi bu ay elan edilmiş qərarın 1 dekabr tarixindən sonra da uzadılacağını bildirərək, Moderna peyvəndinin ilk dozasını alan cavanlara, sonradan Pfizer peyvəndi vurulacağını bildirib.

Daha əvvəl İsveç ictimai səhiyyə agentliyi bir sıra digər Şimali Avropa ölkələri ilə birlikdə Moderna peyvəndi ilə bağlı sağlamlıq problemlərinin olması təhlükəsini ortaya qoyan yeni məlumatların alındığını açıqlayıb. Belə ki, Finlandiya, İsveç, Norveç və Danimarka alimlərinin iştirakı ilə həyata keçirilən kliniki araşdırmalar nəticəsində Moderna peyvəndi almış 30 yaşından cavan kişilərin miokardit və perikardit inkişaf etməsi riskinin bir qədər yüksək olduğunu sübut edilib.
Bu xəbər oxucular tərəfindən 1076 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed