Şrift:
İran prezidenti azərbaycanlı deputatlarla görüşdü: "Qonşularımızla münasibətlərə xələl gəlməsinə imkan verməyəcəyik” 21.10.2021, 15:03
22.10.2021 [10:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Görüşün əvvəlində azərbaycanlı deputatlar hər iki əyalətdə qonşu ölkələrlə sərhəd ticarət məntəqələrində yaranan problemlərdən bəhs edib.

Millət vəkilləri bildirib ki, Urmu gölünün quruması hər iki əyalətdə ətraf mühiti təhdid edir.

Yol və infrastruktur sahəsində yarımçıq qalmış bir sıra layihələr haqqında da prezidentə məlumat verilib.

Onlar hökumətin bu problemlərin həllinə yardım etməsini tələb ediblər.


Şərqi və Qərbi Azərbaycanda yarımçıq qalmış iqtisadi layihələrin yerinə yetirilməsinə yardım edəcəyini vurğulayan Rəisi, İranın qonşuları ilə bağlı münasibətlərindən danışıb.


O, İranın 15 qonşusu ilə münasibətlərində hər hansı bir problemin olmadığını deyib.


“Qonşularımızla əlaqələr qurmaq və onu inkişaf etdirmək hökumətin prioritet məsələsidir.


Lakin hesab edirik ki, əcnəbilər və regionun və qonşu ölkələrin xeyirxahı deyillər. Əcnəbilər sadəcə olaraq bölgədə öz ekspansionist maraqlarını güdürlər və ona nail olmaq istəyirlər.

Biz isə sionistlərin qonşularımızla münasibətlərimizə xələl gətirməsinə imkan verməyəcəyik”, -deyə İran prezidenti İbrahim Rəisi Şərqi bildirib.


İran prezidenti həmçinin Urmiya Gölünün Bərpası üzrə Qərargahın işinə də toxunub.

O, sözügedən qurumun tezliklə yeni bir formada fəaliyyətə başlayacağını vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 500 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed