Şrift:
Rusiyanın şimal paytaxtında “Nizaminin sözünü hiss et” sərgisi açılıb
25.10.2021 [09:34] - Gündəm, Mədəniyyət
Sankt-Peterburqda, Rusiya Milli Kitabxanasının (RMK) yeni binasında, Azərbaycanın Baş Konsulluğunun dəstəyi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880-ci ildönümünə həsr olunmuş “Nizaminin sözünü hiss et” sərgisinin təntənəli açılışı olub.

Sərgini Rusiya Milli Kitabxanasının Baş direktoru Vladimir Qronski açıb. Açılış mərasimində Azərbaycanın mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycanın Sankt -Peterburqdakı Baş konsulu Sultan Qasımov, diplomatlar, şəhərin elm və mədəniyyət ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Xalq mahnıları və Nizami Gəncəvinin sözlərinə yazılmış muğam və musiqili kompozisiyaları təqdim olunub.

Sərgi ziyarətçilərinin diqqətinə Nizaminin əsərləri orijinal dildə və dünyanın müxtəlif dillərinə tərcümələrdə təqdim olunub. Ekspozisiya illüstrativ material və məişət əşyaları ilə tamamlanıb.

Sərgi noyabrın 21-dək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 666 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed