Şrift:
Təbriz divarlarında panfarsizmə cavab şüarları yazılıb
25.10.2021 [10:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Oktyabrın 24-də Təbriz şəhərinin bir qrup milli fəal son günlər dahada radikal şəkildə özünü göstərən panfarsizm və şovinizmə etiraz, cavab olaraq müxtəlif küçələrin divarlarında şüarlar yazıblar.

İngilis dilində “South Azerbaijan is not İran” (Güney Azərbaycan İran deyil) qrafitləri Təbrizin divarları, dayanacaqları və reklam lövhələrinin üzərində təsvir olunub.

Bu, son günlər müxtəlif formalarda və dövlət nümayəndələri səviyyəsində fars miliyyətçiliyinə dayanan şovinist məzmunlu hərəkət və çıxışlara cavab olaraq atılan addımdır.

Gözlənildiyi kimi İran rəsmilərinin, hazırkı hökumətin 13-cü dövr prezident seçkiləri ərəfəsində ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı verdikləri vədlərin yalan olduğu üzə çıxmaqdadır.

Özəlliklə mədəniyyət və təhsil nazirliyinin bəyanatları, fars dili və mədəniyyəti, qeyri-fars dillərlə bağlı çıxışlar fars miliyyətçiliyinə söykənən idarəçilik sisteminin dəyişilməsi ilə bağlı optimist ehtimalların əsassız olduğunu göstərdi.

Bununla yanaşı, Azərbaycan-İran münasibətlərində yaranan gərginlik fonunda rəsmi Tehrana bağlı media orqanları, millətçi qurum və cərəyanların Azərbaycan Respublikasına qarşı ədalətsiz mövqeləri ilə yanaşı Güney azərbaycanlıları da hədəf almaları güneyli fəalların əks reaksiyası ilə qarşılaşıb.
Bu xəbər oxucular tərəfindən 506 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed