Şrift:
Güney Azərbaycan şəhərlərində məhkəmə işçiləri aksiya keçirib
27.10.2021 [10:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Günney Azərbaycanın Həmədan, Zəngan, Qərbi Azərbaycan əyalətləri və İranın bir neçə şəhərində məhkəmə sistemi işçiləri etiraz aksiyası keçiriblər.

Məhkəmə sistemi işçiləri şəhərlərdə məhkəmə orqanları binalarınıın qarşısına toplaşıb, hökumətin əmək haqlarının qaldırılması və yaşayış şərayitlərinin yaxşılaşdırılması ilə bağlı tələblərinə əhəmiyyət verməməsinə etirazlarını bildiriblər.

Oktyabrın 25-də keçirilən aksiyalar zamanı məhkəmə işçiləri ölkədə hökm sürən inflyasiya ilə aldıqları əmək haqlarının arasında tarazlıq olmadığını bildirib, mövcud şərayitdəm marazılıqlarını ifadə ediblər.

Məhkəmə işçiləri həbsxana işçilərinə daha çox diqqət göstərildiyi, onlara xüsusi imtiyazlar tanındığı halda, bunun onlara şamil edilmədiyini deyib, hüquqlarının bərabərləşdirilməsini istəyiblər.

Onlar bir sıra dövlət idarələrində fəaliyyət göstərən işçilərə xüsusi imtiyazların tanındlğı halda məhkəmə işçilərinin istəklərinə əhəmiyyət verilməməsini edilməməsini ayrı-seçkilik kimi dəyərləndirib, bunun aradan qaldırılmasını tələb ediblər.
Bu xəbər oxucular tərəfindən 776 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed