Şrift:
İsmayıllıda zəlzələ olub
28.10.2021 [10:49] - Gündəm, Hadisə
Oktyabrın 28-də Pirqulu seysmoloji stansiyasından 17 kilometr cənub-qərbdə - İsmayıllı rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 08:00-da qeydə alınıb.

Ocağı 13 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3-ə bərabər olub. Yeraltı təkanlar hiss olunmayıb.
Bu xəbər oxucular tərəfindən 1551 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed