Şrift:
İsmayıllının Kürdmaşı kəndində şəhidin xatirəsinə tikilən bulaq istifadəyə verilib
28.10.2021 [11:10] - Xəbərlər, Sosial
İsmayıllı rayonunun Kürdmaşı kəndində Vətən müharibəsi şəhidi Emin Ağazadənin xatirəsinə inşa edilən bulağın açılışı olub. Bulağın açılışında rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov, Milli Məclisin deputatı Tahir Kərimli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi Əfran Nəbiyev, şəhidin ailə üzvləri və döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə şəhidin Kürdmaşı kənd qəbiristanlığındakı məzarını ziyarət edib, üstünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Bulağın açılış mərasimindəki çıxışlarda şəhid Emin Ağazadə ilə bağlı xatirələr söylənilib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin, əsgər və zabitlərimizin döyüşlərdə göstərdikləri şücaətdə söz açıblar. Vurğulanıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə, qəhrəman oğullarımızın həyatları bahasına azad olunan torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız hər birimiz üçün qürurvericidir.

Şəhidin ailə üzvləri bulağın inşa edilməsində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.

Tədbirdə C.Həsənov adına Kürdmaşı kənd tam orta məktəbin şagirdlərinin ifasında Vətənə, şəhidlərə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Sonra qonaqlar şəhidin evində onun xatirəsinə yaradılan guşə ilə tanış olublar. Prezidentin Sərəncamı ilə şəhid Emin Ağazadəyə verilən “Qubadlının azad olunmasına görə” medalı ailəsinə təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 560 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed