Şrift:
Bakıda beynəlxalq sənədli film festivalı keçiriləcək
28.10.2021 [11:12] - Gündəm, Mədəniyyət
Noyabrın 3-də Bakıda beşinci dəfə “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək.

Noyabrın 7-dək davam edəcək festivalın əsas mövzusu “Hisslər±” adlanır.

“YARAT” Müasir İncəsənət Mərkəzində reallaşacaq festival çərçivəsində nümayiş ediləcək filmlərin əksəriyyəti insanların daxili və xarici metamorfozlarına, öz daxili axtarışlarına və yer üzündəki varlıqlarının mənasına həsr olunacaq.

Filmlər orijinal dildə, Azərbaycan dilində altyazılar ilə nümayiş ediləcək.

Qeyd edək ki, 2017-ci ildə yaradılmış festivalın məqsədi dünyanın hər yerindən qabaqcıl sənədli filmləri təqdim etməkdir. Festival, eyni zamanda, hər il olduğu kimi, yeni müəllifləri aşkarlamaq və yerli sənədli film üzrə filmmeykerlərə dəstək vermək niyyətindədir.
Bu xəbər oxucular tərəfindən 640 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed