Şrift:
Bu gün dünya çempionatında daha bir boksçumuz mübarizəyə qoşulacaq
28.10.2021 [11:23] - Gündəm, İdman
Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı davam edir

Çempionatın dördüncü günündə Azərbaycan boksçusu Məhəmməd Abdullayev (+92 kq) mübarizəyə başlayır. Boksçumuzun rəqibi litvalı Yonas Yazeviçius olacaq.

Qeyd edək ki, 13 çəki dərəcəsində keçirilən dünya çempionatında 100-dən çox ölkənin nümayəndələri mübarizə aparır. Mükafat fondu 2,6 milyon dollar olan mundialda çempion 100 min dollar qazanacaq. İkinci yerin sahibi 50, üçüncü pilləni tutacaq boksçu isə 25 min dollar mükafat əldə edəcək.

Ölkəmiz dünya çempionatında doqquz boksçu ilə təmsil olunur.
Bu xəbər oxucular tərəfindən 723 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed