Şrift:
Urmu gölü ilə bağlı şok xəbərdarlıq: Payızın sonuna kimi xəritədən silinə bilər
28.10.2021 [11:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Onun sözlərinə görə, gölün bərpası ilə bağlı lazımi addımlar atılmasa Urmu gölünün tamamilə yox olacaq.

Yasir Rəhbərdin Urmu gölündə su həcminin ötən ilin oxşar dövrünə isbətdə iki dəfə azaldığını deyib. Bildirib ki, problemin həlli üçün ayrılan vəsaitlərin hara xərclənməsi ilə bağlı dəqiq məlumat yoxdur.

Y.Rəhbərdin bildirib ki, Urmu Gölünün Bərpa Mərkəzi bu məqsədlə15 milyard tümən vəsait alıb və bu pulların hara xərcləndiyi bilinmir.

Urmunun İran parlamentindəki nümayəndəsi Salman Zakir gölün bərpası üçün ciddi tədbirlər görülmədiyini və bəzi hallarda göldə nisbi canlanmanın təbii yağıntılar nəticəsində baş verdiyini deyib.

Ekoloji böhranlar üzrə ekspert və İranın Ekoloji Risklər və Davamlı İnkişaf Assosiasiyasının üzvü Məhəmmədrza Məhbubfər mətbuata verdiyi açıqlamada gölün bərpası ilə bağlı verilən vədlərin doğru olmadığını qeyd edib.

“İran Energi Nazirliyinin Urmu gölünün bərpası ilə bağlı verdiyi vədlər doğru deyil. Hazırda gölün durumu olduqca acınacaqlıdır və bunun aradan qaldırılması ilə ağlı Enetji Nazirliyinin hər hansı səmərəli addımını görməmişik”-deyə, M.Məhbubfər “İqtisad onlin” saytına verdiyi müsahibədə bildirib.


O, deyib ki, əlaqədar qurumlar problemin həlli üçün su bəndlərindən gölə iki milyard kubmetr su buraxmaq istədiklərini elan ediblər.

Ancaq Urmu gölünün illik su payından yığılıb qalan kvotası 16 milyard kubmetrdir.

“Urmu gölünün bərpası ilə bağlı bütün layihələr iflasa uğrayıb. Ayrılan pulların hara getdiyi bəlli deyil. problem məsulların iddia etdiyindən daha ciddi, faciə həddindədir.

Ölkədə hakim olan siyasi, ictimai və iqtisadi böhranların şiddətləndiyi bir dönəmdə gölün bərpası ilə bağlı verilən vədlərin reallaşacağı inandırıcı görünmür”-deyə, M.Məhbubfər məsulları yalan daışmaqda ittiham edib.
Bu xəbər oxucular tərəfindən 477 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed