Şrift:
Türkiyə Prezidenti: Cənubi Qafqazda altıtərəfli əməkdaşlıq platformasının yaradılmasının tərəfdarıyıq
01.11.2021 [10:12] - Xəbərlər, Siyasət
Cənubi Qafqazda altıtərəfli əməkdaşlıq platformasının yaradılmasının tərəfdarıyıq.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada G20 Liderlərinin Samitinin yekunlarına dair keçirdiyi mətbuat konfransında söyləyib.

ABŞ Prezidenti Co Baydenlə görüşündə Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdiklərini bildirən Rəcəb Tayyib Ərdoğan deyib: “Cənubi Qafqazda altıtərəfli əməkdaşlıq platformasının yaradılmasının tərəfdarıyıq. Bu ölkələr Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistandır. Altı ölkə ilə birgə bu addımı atmağı və bölgədə sülhü təmin etməyi istəyirik. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın iştirakı ilə altıtərəfli əməkdaşlıq platformasının yaradılmasının mümkünlüyü ideyasını irəli sürüb. Əgər bütün tərəflər müsbət yanaşma nümayiş etdirərsə, bölgədə belə bir əməkdaşlıq platforması yaradıla bilər. Bu platforma yaradılandan sonra bölgədə tez bir zamanda sülh təmin olunacaq”.
Bu xəbər oxucular tərəfindən 251 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed