Şrift:
Noyabrın 1-dən Kiyevdə sərtləşdirilmiş karantin rejiminin tətbiqinə başlanılıb
01.11.2021 [10:22] - Gündəm, Sağlıq
Noyabrın 1-dən Ukraynanın paytaxtı Kiyevdə sərtləşdirilmiş karantin rejiminin tətbiqinə başlanılıb.

Kiyevdə koronavirusdan sutkalıq ölüm halları 30-50 nəfər arasında dəyişir. Ona görə də Kiyev noyabrın 1-dən COVID-19-un yayılmasının qarşısının alınması üçün “qırmızı zona” elan edilib.

Gücləndirilmiş karantin rejiminə əsasən COVID-19-a qarşı vaksin sənədi olmayanlar ticarət-əyləncə mərkəzlərinə, restoranlara, idman, fitnes zallarına və digər kütləvi qapalı obyektlərə buraxılmayacaq. PZR və antigen testi olanlar qeyd edilən obyektlərə buraxılacaq. Həmçinin vaksin sənədi olmadan kütləvi tədbirlər keçirmək mümkün olmayacaq. Bundan başqa şəhərdaxili sərnişin avtobuslarından, metrodan vaksin, PZR və antigen testlərinin sənədlərindən biri olduğu halda istifadə etmək mümkün olacaq. Reydlər hüquq-mühafizə orqanları tərəfindən həyata keçiriləcək. Qanunu pozanların cəriməsi 17 000 qrivna (1 dollar 26,30 qrivnadır) məbləğindədir.

Uşaqlar qapalı məkanlara valideynlərinin vaksin, PZR və antigen testlərinin sənədləri olduğu halda buraxılacaq. Orta məktəblərdə təhsil onlayn rejimdə davam edəcək.
Bu xəbər oxucular tərəfindən 919 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed