Şrift:
Rusiyalı həkim koronavirus xəstələrinin vəziyyətinin ağır olduğunu göstərən əlamətə diqqət çəkib
02.11.2021 [09:08] - Gündəm, Sağlıq
Rusiyalı həkim immunoloq Vladislav Jemçuqov COVID-19 xəstələrinin vəziyyətinin ağır olduğunu göstərən əlamətə diqqət çəkib.

Həkim bədən hərarətinin aşağı düşməsinin xəstənin vəziyyətinin ağırlığına və dərhal xəstəxanaya yerləşdirilməsinin vacibliyinə dəlalət etdiyini bildirib.

V.Jemçuqov deyib ki, çox ağır koronovirus xəstələrinin hərarəti 36 dərəcə və daha aşağı olur. Bu, orqanizmin toksinlərlə mübarizə aparmağa qadir olmadığını və virusa immun cavab vermədiyini göstərir.

Mütəxəssis əlavə edib ki, bədən hərarətini elektron deyil, civəli termometrlə ölçmək daha yaxşıdır. Bədənin hərarətini 3 dəfə 5 dəqiqədən az olmayaraq ölçməklə daha dəqiq məlumat əldə etmək olar. Xəstənin rənginin ağarması, dodaqlarının göyərməsi və bu vəziyyətin aşağı hərarət və təzyiqlə müşahidə olunması pis əlamətdir.
Bu xəbər oxucular tərəfindən 819 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed