Şrift:
İranla Avropa Birliyi razılığa gəldi: Tərəflər noyabrın 29-da yenidən nüvə danışıqlarına başlayacaqlar
04.11.2021 [10:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Avropa Birliyi noyabrın 3-ü axşam saatlarında bəyanat yayaraq bildirib ki, nüvə razılaşmasını dirçəltmək üçün Vyanada İranla növbəti danışıqlara noyabrın 29-da başlanacaq.


Bəyanatda bildirilir ki, Avropa Birliyi baş katibinin müavini Enrique Mora Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozef Borrell adından danışıqlara başçılıq edəcək.


Bu arada İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqiri Kəni “Twitter” hesabında paylaşım edərək bildirib ki, o Avropa Birliyi baş katibinin müavini Enrique Mora ilə telefonda danışaraq, onunla Vyana danışıqlarının yenidən başlanmasının dəqiq tarixinin təyin edilməsi barədə razılığa gəliblər.


Baqiri paylaşdığı tvitində bildirib ki, İran ölkəyə qarşı tətbiq edilən sanksiyaların ləğv olunması ümidi ilə danışıqlara qatılacaq.
Bu xəbər oxucular tərəfindən 837 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed