Şrift:
İranda dolların qiyməti yenidən qalxıb 08.11.2021, 09:13
08.11.2021 [11:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yayılan məlumata görə, dolların məzənnəsi son iki günlər 27 min 550 tümən civarında olsa da, noyabrın 7-də İran azad valyuta bazarında hər ABŞ dolları 28 min 50 tümən qarşılığında mübadilə edilib.


İran prezidenti İbrahim Rəisi iki həftə əvvəl Mərkəzi Bankdan və İranın İqtisadiyyat Nazirliyindən dolların məzənnəsini sabit saxlamağı və onun qiymətinin qalxmasının qarşısını almağı tələb etsə də, ölkə prezidentinin bu göstərişi özünü doğrultmayıb və dolların dəyəri yenidən qalxmağa başlayıb.


Yayılan məlumata görə, İranda dolların məzənnəsinin mütəmadi olaraq qalxması ölkə əhalinin gündəlik istifadə etdiyi qida və ərzaq mallarının qiymətinin kəskin artmasına, yoxsul və aşağı təbəqədən olan ölkə əhalisinin narahatlığına səbəb olub.


Dolların məzənnəsinin kəskin artmasının səbəbi rəsmən açıqlanmasa da, bunun səbəbi, İranın Vyanada aparılan nüvə danışıqlarından boyun qaçırması, ölkəyə qarşı əlavə sanksiyaların tətbiqi, ölkədə qeyri-sabit iqtisadi və siyasi vəziyyətin hökm sürməsi, rəsmilərin səriştəsizliyi, ölkənin neft gəlirlərinin kəskin azalması və ölkə iqtisadiyyatının çökmə ərəfəsində olması ilə əlaqələndirilir.
Bu xəbər oxucular tərəfindən 738 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed