Şrift:
Azərbaycanın Zəfər tarixi haqqında Latviya ictimaiyyəti geniş məlumatlandırılıb
09.11.2021 [17:04] - Xəbərlər, Siyasət
Azərbaycanın 44 günlük Zəfər tarixi haqqında Latviya ictimaiyyəti geniş məlumatlandırılıb.

Azərbaycanın Latviyadakı səfirliyindən bildirilib ki, noyabrın 8-də Latviyanın aparıcı televiziya kanallarından hesab olunan “RiqaTV 24” kanalında 44 günlük Vətən müharibəsi və müharibədən sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici mətbuat orqanlarına verdiyi müsahibələrdən ibarət xüsusi olaraq hazırlanmış video süjet latış dilinə dublyaj olunaraq nümayiş etdirilib.

Bununla yanaşı, “RiqaTV 24” kanalında 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın erməni işğalından azad edilməsindən və Azərbaycanın tarixi zəfərindən bəhs edən videomaterial da yayımlanıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Latviyadakı səfirliyinin binası qarşısında 8 Noyabr – Zəfər Günü münasibətilə yaradılmış guşədə 44 günlük Vətən müharibəsində qazandığımız şanlı zəfəri əks etdirən fotolar nümayiş etdirilib.
Bu xəbər oxucular tərəfindən 297 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed