Şrift:
Rotterdamda “Zəfər Günün”nə həsr edilmiş şahmat turniri keçirilib
15.11.2021 [10:40] - Xəbərlər, İdman, Diaspor
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) nəzdində fəaliyyət göstərən “Qarabağ” idman klubunda “Zəfər Günü”nə həsr edilmiş şahmat turniri keçirilib. Turnir qələbəmizə, şəhidlərimizin əziz xatirəsinə və qazilərimizə həsr edilib.

AZƏRTAC xəbər verir ki, Niderlanddakı Azərbaycan və türk icmasının gənc nümayəndələri şahmat turnirində iştirak ediblər.

BAK-ın sədri Elsevər Məmmədov turniri giriş sözü ilə açaraq, Zəfər Günü haqqında məlumat verib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun şücaətindən danışıb. Sonra turnir açıq elan olunub.

Şahmat turnirinə 7 yaşdan 14 yaşadək uşaqlar qatılıblar. Turnirin qalibi Əli Məmmədov olub. İkinci və üçüncü yerləri hollandiyalı Əli Yılmaz və Xosrov Ağayev bölüşüblər.
Bu xəbər oxucular tərəfindən 18981 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed