Şrift:
DÇ-2022: daha iki komanda final mərhələsinə vəsiqə qazanıb
16.11.2021 [10:32] - Gündəm, İdman
Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində X turun növbəti oyunları keçirilib.

C, F və I qruplarında oynanılan qarşılaşmalardan sonra növbəti 2 komanda final mərhələsinə birbaşa vəsiqə əldə edib.

C qrupunda doğma meydanda Bolqarıstana 4:0 hesabı ilə qalib gələn İsveçrə millisi 1-ci yerin sahibi kimi mundiala yollanıb. Səfərdə Şimali İrlandiyanın müqavimətini qıra bilməyən İtaliya yığması isə pley-offda mübarizə aparacaq.

I qrupunda San-Marinonu 10 cavabsız qolla məğlub edən İngiltərə seçməsi dünya çempionatına birbaşa yollanmaq hüququ qazanıb. Qrupu 2-ci sırada tamamlayan Polşa isə final mərhələsinə getmək üçün pley-off matçları oynamalıdır.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

C qrupu

Şimali İrlandiya – İtaliya - 0:0;

İsveçrə - Bolqarıstan - 4:0.

Qrupdakı vəziyyət: İsveçrə 18, İtaliya 16, Şimali İrlandiya - 9, Bolqarıstan - 8, Litva - 3.

F qrupu

İsrail - Farer adaları - 3:2;

Şotlandiya – Danimarka - 2:0;

Avstriya – Moldova - 4:1.

Qrupdakı vəziyyət: Danimarka 27, Şotlandiya 23, İsrail - 16, Avstriya - 16, Farer adaları - 4, Moldova - 1.

I qrupu

San-Marino - İngiltərə - 0:10;

Albaniya – Andorra - 1:0;

Polşa – Macarıstan - 1:2.

Qrupdakı vəziyyət: İngiltərə 26, Polşa 20, Albaniya - 18, Macarıstan - 17, Andorra - 6, San Marino - 0.
Bu xəbər oxucular tərəfindən 808 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed