Şrift:
Misir portalı Ermənistanın hərbi təxribatı haqqında xəbər yayıb
17.11.2021 [10:28] - Xəbərlər, Siyasət
Misirin “Asia Əl Yom” portalında Ermənistan hərbi birləşmələrinin Kəlbəcər və Laçın rayonları istiqamətində Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatı haqqında Müdafiə Nazirliyinin məlumatları yayılıb.

Xəbərdə Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11:00 radələrində qəfil hərbi əməliyyata başladığı, düşmənin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirildiyi qeyd olunub. Bildirilib ki, Azərbaycan Ordusu qarşı tərəfin hərəkətini məhdudlaşdırıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.

Misir ictimaiyyətinin diqqətinə çatdırılıb ki, erməni hərbi qulluqçuları qorxu və təşviş içində mövqelərini tərk edib, düşmənin şəxsi heyəti arasında çaxnaşma müşahidə edilir.

Ermənistan silahlı qüvvələrinin sərhədboyu cəmləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır. Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir.
Bu xəbər oxucular tərəfindən 301 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed