Şrift:
Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ ofisində könüllülük fəaliyyətini başa vuran gənclərə şəhadətnamələr verilib
17.11.2021 [10:43] - Gündəm, Gənclik
Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ regional ofisində könüllülük fəaliyyətini başa vuran gənclərlə görüş keçirilib.

GTM-nın Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı könüllülük fəaliyyətinin əhəmiyyətindən danışıb. Könüllü gənclərin mərkəzin fəaliyyətində aktiv iştirak etdiklərini, mərkəzin xidmətlərindən bəhrələnən vətəndaşlara xidmətdə, maarifləndirici və məlumatlanıdırıcı aksiyalarda fəallıq göstərdiklərini bildirib.

Qeyd edilib ki, könüllülər mərkəzin fəaliyyəti ilə bağlı olan tapşırıqları yüksək səviyyədə yerinə yetirib, vətəndaşlarla nəzakətli və ədəbli ünsiyyət quraraq könüllülük proqramına aid təlimatlara riayət ediblər. Onlar altı aylıq könüllülük proqramı ərzində özlərini müsbət tərəfdən nümayiş etdiriblər.

Sonda proqramı uğurla başa vuran könüllülərə şəhadətnamələr təqdim edilib.
Bu xəbər oxucular tərəfindən 5141 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed