Şrift:
İran Ermənistanla Azərbaycan arasındakı ixtilafların həllinə yardım etməyə hazırdır- Səid Xətibzadə
17.11.2021 [11:19] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İki ölkə arasında baş vermiş son hərbi qarşıdurmanın Ermənistanın Azərbaycana qarşı yeni təcavüzündən sonra başlandığına toxunmayan Səid Xətibzadə deyib ki, İran İslam Respublikası Azərbaycan Respublikası ilə Ermənistan arasında olan ixtilafların həllinə və regionda thlükəsizlik və sabitliyin bərqərar olunmasına yardım etməyə hazırdır.

Rəsmi Tehranın iki ölkənin sərhəd məntəqələrində baş vermiş yeni hərbi qarşıdurmalardan nigaran olduğunu bildirən Xətibzadə Azərbaycan və Ermənistanı dözümlü olmağa, münaqişənin alovunu genişləndirməkdən çəkinməyə çağırıb.

“Hesab edirik ki, ölkələr tanınmış beynəlxalq sərhədlərə hörmətlə yanaşımalı, Azərbaycan və Ermənistan da öz aralarındakı ixtilafları danışıqlar və dinc yollarla həll etməlidirlər.

Güman edirik ki, iki ölkə arasında yaşanan yeni gərginliklər regionda sülhə və inkişafa nail olmaq prosesinə qarşı bir təhlükədir”, -deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

Xətibzadə sonda bir daha deyib ki, İran İslam Respublikası keçmişdə olduğu kimi iki qonşu ölkə arasındakı ixtilafların həllinə və regionda sabitlik və təhlükəsizliyin bərqərar olunması üçün yardım etməyə hazırdır.
Bu xəbər oxucular tərəfindən 984 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed