Şrift:
Təhlükəsizlik məmurları urmulu fəalın iş yerinə basqın edib
19.11.2021 [11:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Noyabrın 18-də İranın təhlükəsizlik məmurları Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərində yaşayan milli-mədəni fəal Əşkan Səadətmehrin iş yerinə basqın ediblər.

Axtarış barədə məhkəmə hökmü göstərməyən məmurlar fəala qarşı zor tətbiq edib, pnu döyüb və ağır ifadələrlə aşağılayaraq, ona məxsus bilgisayarı heç bir əsas göstərmədən özləri ilə aparıblar.

Onun şəxsi bilgisayarının aparılması milli-mədəni fəala qarşı qondarma cinayət işinin açılması üçün sənəd toplamaq cəhdinin tərkib hissəsi olduğu ehtimal edilir.

Qeyd edək ki, Əşkan Səadətmehr bundan öncədə fəaliyyətlərinə görə basqılarla üzləşib və həbs olunub.

O, cari ilin 24 iyul tarixində, Güney Azərbaycan şəhərlərində Xuzistan ərəblərinə dəstək aksiyası zamanı başqa urmulu fəal Əkbər Quluzadə ilə birlikdə saxlanılmışdı.

Sonuncu həbs zamanı milli fəal təhlükəsizlik məmurları tərəfindən şiddətli şəkildə döyüldüyü üçün ağır bədən xəsarətləri alımş, bunun üstündən bir neçə ay keçməsinə baxmayaraq, onun sağlıq durumu, özəlliklə boyun nahiyəsindən aldığı zədələr sağalmayıb.
Bu xəbər oxucular tərəfindən 310 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed