Şrift:
Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlanıb
22.11.2021 [10:42] - Xəbərlər, Siyasət
Bolqarıstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələri barədə məlumat yayıb

Məlumata əsasən bülletenlərin 70 faizdən çoxu sayılıb.

Əldə edilən nəticəyə əsasən səsvermənin ikinci turunda hazırkı prezident Rumen Radev seçicilərin 66.6 faizinin səsini toplayıb. Onun rəqibi Anastas Qercikov seçicilərin 32 faizinin etimadını əldə edib. Səs verənlərin 1.47 faizi hər 2 namizədə etimadsızlıq göstərib.

Bülletenlərin sayılması davam edir.
Bu xəbər oxucular tərəfindən 406 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed