Şrift:
Prezident Rəcəb Tayyib Ərdoğan: Ölkəmizi bu iqtisadi qurtuluş savaşından da zəfərlə çıxaracağıq
23.11.2021 [10:30] - Xəbərlər, Siyasət
Valyuta məzənnəsinin yüksəlişi ilə bağlı qiymət artımı investisiyaya, istehsala və məşğulluğa birbaşa təsir göstərmir. Valyuta məzənnəsində rəqabət qabiliyyəti investisiyaların, istehsalın və məşğulluğun artmasına yol açır.

Bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin noyabrın 22-də keçirilmiş növbəti iclasından sonra ictimaiyyətə ənənəvi müraciətində ifadə edib.

Çıxışında Türkiyənin sosial tədbirlərinə, sənaye və istehsaldakı gücünün yüksəlişi üçün həyata keçirilən layihələrə, eləcə də milli valyuta türk lirəsinin məzənnəsi ilə bağlı son vəziyyət barədə fikir və düşüncələrini bölüşən dövlət başçısı deyib: “Ölkəmizi bu iqtisadi qurtuluş savaşından da zəfərlə çıxaracağıq”.

Zəlzələ və digər təbii fəlakətlərdə evləri dağılmış vətəndaşlar üçün inşa edilən mənzillər barədə ətraflı məlumat verən, eləcə də İzmir zəlzələsində (29 oktyabr 2020) zərər çəkən vətəndaşlar üçün tikilən ev və dükanların noyabrın 26-da sahiblərinə paylanacağını xatırladan Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə ölkə əhalisinin rifahının yaxşılaşdırılması, məşğulluğun qorunması və genişlənməsi üçün əsaslı strategiyanı bundan sonra da uğurla davam etdirəcək
Bu xəbər oxucular tərəfindən 340 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed