Şrift:
Türkiyə Superliqası: “Trabzonspor” liderliyini davam etdirir
29.11.2021 [10:33] - Gündəm, İdman
Noyabrın 28-də futbol üzrə Türkiyə çempionatının XIV turu çərçivəsində keçirilən qarşılaşmada “Trabzonspor”

səfərdə “Fatih Karagümrük”ün qonağı olub.

Gərgin keçən görüşdə qonaq komanda meydan sahiblərinin qapısından iki cavabsız top keçirib.

Günün digər matçlarında isə "Sivasspor" doğma meydanda "Hatayspor"u 4:0 hesabı ilə məğlub edib. "Qaziantep" isə doğma meydanda "Konyaspor"a 3:2 hesabı ilə qalib gəlib. "Yeni Malatyaspor" - "Qalatasaray" matçında isə qapılara top vurulmayıb - 0:0.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 36 xalla "Trabzonspor" başçılıq edir. Ondan 10 xal geri qalan "Konyaspor" ikinci, sonuncu ilə eyni xala malik olan "Hatayspor" isə üçüncü pillələrdə qərarlaşıblar.
Bu xəbər oxucular tərəfindən 829 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed