Şrift:
Egey dənizində zəlzələ olub
30.11.2021 [11:08] - Gündəm, Hadisə
Egey dənizində ən güclüsü 5,1 və 4,3 bal gücündə olmaqla bir neçə zəlzələ qeydə alınıb.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

Yeraltı təkanlar Türkiyənin İzmir vilayətinin Urla rayonunun sahillərinə yaxın ərazidə meydana gəlib.

Ocağı dənizin 3.97 kilometr dərinliyində olan zəlzələ ətraf bölgələrdə də hiss edilib.

Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.
Bu xəbər oxucular tərəfindən 1385 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed