Şrift:
Son sutka ərzində Türkiyədə koronavirusdan 187 nəfər dünyasını dəyişib
07.12.2021 [10:29] - Gündəm, Türk dünyası-Turan
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı tətbiq olunan kütləvi peyvəndləmə sürətlə aparılmaqdadır. Rəsmi dairələrdən verilən məlumatlara və mütəxəssis rəylərinə görə, hazırda ölkə üzrə yoluxma və ölüm hallarında daha yüksək faiz peyvənd olunmayanların payına düşür.

Son sutkada Türkiyə üzrə 354 min 269 nəfər COVID-19 testindən keçirilib və onlardan 20 min 33 nəfərdə virusun əlamətləri aşkarlanıb. Gün ərzində 187 koronavirus xəstəsi dünyasını dəyişib, 25 min 611 şəxs sağalıb.

Dekabrın 6-sı da daxil olmaqla indiyədək ölkə üzrə 121 milyon 42 min 428 doza vaksin tətbiq olunub.
Bu xəbər oxucular tərəfindən 2461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed