Şrift:
Dünyada ötən sutka ərzində koronavirusa yoluxanların sayı 664 mindən çox olub
09.12.2021 [10:08] - Gündəm, Sağlıq
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 664 mindən çox olub.

Pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 664 min 214 nəfər yeni koronavirusa yoluxub, 7 min 818 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 268 milyon 76 min 233, ölənlər isə 5 milyon 294 min 646 nəfərə çatıb.

Ötən sutka ərzində virusa ən çox yoluxma halı (127 min 411 nəfər) və bu xəstəlikdən ölüm faktı (1324 nəfər) ABŞ-da qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (50,4 milyon), Hindistan (34,6 milyon), Braziliya (22,1 milyon), Böyük Britaniya (10,6 milyon), Rusiya (9,8 milyon), Türkiyə (8,9 milyon) və Fransada (8 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.
Bu xəbər oxucular tərəfindən 941 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed