Şrift:
Bu gün Vyanada yenidən nüvə danışıqları başlayır: İran 5 şərtlə danışıqlar masasına qayıdır
09.12.2021 [10:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bildirilir ki, ötən həftə İranın nüvə danışıqları ilə bağlı irəli sürdüyü təkliflər paketini rədd edən və onun danışıqlara dekonstruktiv mövqedən yanaşdığına görə müzakirələri dayandıran avropalı diplomatlar Tehrandan bu dafə daha real təkliflərlə danışıqlar maasına qayıtmasını tələb ediblər.

Bu arada dünən “Əl-Məyadin” telekanalı adlarının çəkilməsini istəməyən diplomatik mənbələrəbirə istinadən məsələ ilə bağlı yaydığı xəbərdə İranın bu dəfə 5 şərtlə danışıqlar masasına qayıtmaq niyyətində olduğunu bildirib.

Qeyd edilir ki, İranın əsas beş şərtindən üçü, Vaşinqtonun Tehrana qarşı tətbiq etdiyi sanksiyaları tamamilə ləğv etməsi, Amerika tərəfin İrana zəmanət verməsi və sanksiyalar səbəbi ilə İrana dəyən zərər-ziyanın kompensasiya edilməsindən ibarətdir.

İran danışıqların nəticə verməsi üçün həmin şərtləri keçmişdə də ortaya qoysa da, Amerika və onun avropalı müttəfiqləri Tehranın bu şərtlərinin qəbuledilməz olduğunu bildiriblər.
Bu xəbər oxucular tərəfindən 1008 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed