Şrift:
Nərimanov rayonunda “Heydər Əliyev və Azərbaycan” adlı inşa yazı müsabiqəsi keçirilib
15.12.2021 [09:43] - Gündəm, Gənclik, Mədəniyyət
Nərimanov rayonunda orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan” adlı inşa müsabiqəsi keçirilib.

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşan müsabiqəyə 70 inşa yazısı təqdim edilib. Münsiflər heyətinin qiymətləndirilməsinə əsasən, birinci, ikinci və üçüncü yerləri tutmuş şagirdlər müvafiq dərəcəli diplom və medallarla təltif olunacaqlar.

Müsabiqənin keçirilməsi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi, ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi, onun zəngin irsinin və ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsi və asudə vaxtın səmərəli təşkil edilməsi məqsədi daşıyır.
Bu xəbər oxucular tərəfindən 6674 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed