16.12.2021 [10:11] - Gündəm, Sağlıq
Cənubi Koreyada son vaxtlar COVID-19 virusuna sutkalıq yoluxmaların çoxalması hökuməti karantin rejimini sərtləşdirməyə vadar edib.
Baş nazir Kim Bu-kyumun sədrliyi ilə operativ qərargahın növbədənkənar iclasında bu barədə qərar qəbul olunub. Dekabrın 18-də qüvvəyə minəcək qərara əsasən 4 nəfərdən çox adamın toplaşmasına, kafe və restoranların, gecə klublarının, əyləncə məkanlarının axşam saat 21:00-dan sonra fəaliyyətinə qadağa qoyulub. Bundan başqa, kafe və restoranlarda hər masa arxasında ən çoxu 4 nəfər vaksin olunmuş şəxs yemək yeyə bilər. Peyvənd olunmayanlar isə masa arxasında tək oturmalı olacaq. Qərar iyunun əvvəlinədək qüvvədə olacaq.
Qeyd edək ki, Cənubi Koreya hökuməti əvvəlcədən elan etdiyi kimi COVID-19 virusuna qarşı tam peyvənd olunanların ölkə əhalisinin sayının 70 faizinə çatmasından sonra noyabrın 1-də karantin rejimini ilk mərhələdə yumşaldıb. Hökumət mərhələlərlə gələn ilin fevralınadək məhdudiyyətlərin böyük hissəsini ləğv etməyi planlaşdırmışdı. Amma noyabrın ortasından başlayaraq sutkalıq yoluxma sayı davamlı çoxalmağa başlayıb. Bu dövrdə sutkalıq yoluxma və ölüm sayında bir neçə dəfə antirekord qeydə alınıb. Hökumət vəziyyətin yenidən ağırlaşması fonunda dekabrın 3-də karantin tədbirlərini 4 həftə müddətinə sərtləşdirib. Bu, noyabrın 1-də karantin rejiminin yumşaldılmasından sonra epidemik vəziyyətin ağırlaşması nəticəsində əks istiqamətdə qəbul edilən ilk məhdudiyyət qərarı olub. Amma həmin məhdudiyyətlər də yoluxmaların sayının nəzarət altına alınmasında yetərli olmayıb. Belə ki, ötən gün Cənubi Koreyada COVID-19 virusuna yoluxmada antirekord (7 min 850 yoluxma) qeydə alınıb. Bundan əvvəlki antirekord (7 min 175 yoluxma) isə dekabrın 7-də qeydə alınıb. Ağır COVID-19 xəstələrinin sayının çoxalması xəstəxanaların reanimasiya şöbələrində çarpayı sayı çatışmazlığı yaradıb. Hazırda təxminən 1500 ağır xəstə yer gözləyir.

Bu xəbər oxucular tərəfindən 871 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |