Şrift:
Qırğızıstanla Beynəlxalq Türk Akademiyası arasında əməkdaşlıq məsələləri müzakirə edilib
22.12.2021 [10:22] - Xəbərlər, Türk dünyası-Turan
Qırğızıstan Prezidenti Sadır Japarov Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırəli ilə görüşüb.

Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə türk xalqlarının mənəvi və mədəni ənənələrinin qorunması və möhkəmləndirilməsi, bu istiqamətdə fəaliyyətin davam etdirilməsi məsələlərinə diqqət yetirilib.

Sadır Japarov deyib ki, BTA Türk xalqları arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi, elm və təhsil sahələrində müxtəlif layihələrin həyata keçirilməsi istiqamətində mühüm işlər görüb.

Darxan Kıdırəli Akademiyanın qarşısında duran prioritet vəzifələrdən danışıb, deyib ki, görkəmli qırğız ictimai-siyasi xadimi Jusup Abduraxmanovun 120 illiyi münasibətilə Beynəlxalq Türk Akademiyası bu ili “Jusup Abduraxmanov İli” elan edib. Gələn il isə qırğız alimi və maarifçi İşenalı Arabayevin ili elan olunub. O bildirib ki, Akademiya qırğız dilində çoxlu kitab çap edib, “Manas” eposu və müxtəlif ensiklopediyalar işıq üzü görüb.

Akademiyanın prezidenti il ərzində Türk dünyası ilə bağlı keçirilən müxtəlif tədbirlər haqqında məlumat verib, gələcək planlardan danışıb.
Bu xəbər oxucular tərəfindən 3058 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed