Şrift:
İtaliyada koronavirusa sutkalıq yoluxma sayı rekord göstəriciyə yüksəlib
24.12.2021 [09:51] - Gündəm, Sağlıq
İtaliyada COVID-19 infeksiyasına gündəlik yoluxma sayında rekord göstərici qeydə alınıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saatda ölkədə koronavirusa yoluxanların sayı 44 min 595 nəfər artaraq 5 milyon 517 min 54-ə çatıb. Virusun qurbanlarının sayı isə 168 nəfər artaraq 136 min 245-ə yüksəlib.

Hazırda ölkədə 430 min 29 aktiv COVID-19 xəstəsi var, reanimasiya şöbəsində olanların sayı 1023 nəfərdir.

Son 24 saat ərzində 901 min 450 test icra edilib, virusdan sağalanların sayı 17 min 117 nəfər artaraq 4 milyon 950 min 780 olub.

İndiyədək İtaliyada 107,4 milyon dozadan çox peyvənd tətbiq edilib. Hər iki doza peyvənd olunanların sayı 46 milyon 173 min 182 nəfərdir.

“Gimbe” Fondunun araşdırmasına görə, son 7 gün ərzində ölkədə virusa yoluxma 42,3 faiz, ölüm halları isə 33 faiz artıb.
Bu xəbər oxucular tərəfindən 981 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed