Şrift:
Daşkənddə azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi təşkil edilib
27.12.2021 [09:55] - Xəbərlər, Türk dünyası-Turan
Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) Nazirlər Kabineti nəzdində Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsində azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi keçirib.

Şənlikdə 100-ə yaxın azərbaycanlı uşaq və onların valideynləri iştirak ediblər.

RAMMM-ın sədri Firdovsi Hüseynov uşaqları Yeni il bayramı münasibətilə təbrik edib, onlara yaxşı oxumağı, xoşbəxt həyat sürməyi arzulayıb.

Sonra səhnələşdirilmiş bayram tamaşası göstərilib, Şaxta baba, Qar qız, cizgi filmlərinin qəhrəmanları təxminən iki saat ərzində uşaqları əyləndiriblər.

Tədbirdə Azərbaycanla bağlı viktorina da keçirilib, suallara düzgün cavab verən uşaqlara hədiyyələr təqdim olunub.

Şənlikdə uşaqlar mahnı oxuyub, rəqs edib, Şaxta baba və Qar qızdan Yeni il hədiyyələri alıblar.
Bu xəbər oxucular tərəfindən 4565 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed