Şrift:
La-Manş boğazını keçməyə çalışan 67 miqrant xilas edilib
27.12.2021 [10:17] - Gündəm, Hadisə
La-Manş boğazını keçməyə çalışan 67 miqrant xilas edilib.

iki kiçik qayıqla Böyük Britaniyaya keçmək istəyən miqrantlar Sərhəd Qüvvələri tərəfindən xilas edilərək Kent şəhərinin Dover limanına gətirilib.

Ədliyyə və qeyri-qanuni miqrasiya ilə mübarizə naziri Tom Pursqlov isə bildirib ki, insanlar kanalı keçməyə çalışmamalı, bunun əvəzinə çatdıqları ilk təhlükəsiz ölkədə sığınacaq tələb etməlidirlər. O, hökumətin Vətəndaşlıq və Sərhədlər Qanunu vasitəsilə kanalı keçən insanlara yanaşmasında islahatlar apardığını söyləyib.

Qeyd edək ki, ötən ay 27 nəfər kanalı keçən zaman qayığın batması nəticəsində boğularaq həyatlarını itirmişdilər.
Bu xəbər oxucular tərəfindən 1580 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed