Şrift:
Fransanın cənub-qərbində quş qripi yenidən yayılıb
28.12.2021 [10:09] - Gündəm, Sağlıq
Fransanın cənub-qərbindəki Land departamentində quş qripi yenidən yayılıb.

Ölkənin cənub-qərbində artıq 7 ördək fermasında quş qripi aşkarlanıb. Daim qapalı məkanda saxlanılmış ördəklərdə ilk yoluxma aşkarlalana qədər qabaqlayıcı tədbir olaraq ördəklər kəsilib. Land departamentinin 34 bələdiyyəsi ətrafında 3 kilometrdən ibarət müdafiə zonası yaradılıb və 10 kilometr müşahidə zonası nəzarət alıtna alınıb.

Prefekturanın mətbuata açıqlamasında bildirilib ki, Land departamentində ilk quş qripi dekabrın 19-da aşkarlanıb. Ölkənin şimalında ev quşları ilə təmasda olan köçəri quşlar tərəfindən gətirilmiş quş qripi virusu ilk dəfə noyabrın 26-da müəyyən edilib.

Noyabrın əvvəlindən bütün səhiyyə orqanları quş təsərrüfatçılarına köçəri quşlarla təmasdan yayınmaq üçün ev quşlarını bağlı məkanda saxlamağı məsləhət görmüşdülər.
Bu xəbər oxucular tərəfindən 732 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed